SOCAR Rusiya zavodunun alınması ilə bağlı danışıqlar aparır


11:29     30 May 2019 19_05_30_1559201391.jpg

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyadakı “Antipinsk” neft emalı zavodunun alınması ilə bağlı danışıqlar aparılır.


Femida.az xəbər verir ki, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

O bildirib ki, SOCAR-ın “Antipinsk” zavoduna marağı var.

“Danışıqlar aparılır, ancaq hələlik konkret nəticə əldə olunmayıb. Rusiya bazarı çox böyükdür və bizə maraqlıdır. Ümumilikdə isə SOCAR dünyanın hər yerində danışıqlar aparır”, - R.Abdullayev əlavə edib.

Açar sözlər:

Oxunub: 375