Azərbaycan Qarabağa səfər edən polşalını bağışladı


12:09     30 May 2019 XİN%20aciqlama.jpg

Polşa vətəndaşı Piotr Leoniak Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə Femida.az-a Azərbaycan XİN-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bildirən Piotr Leoniak müraciətində səfərin nəticələri barədə məlumatsız olduğunu qeyd edib. Habelə, o, işğal olunmuş ərazilərimizə gələcəkdə bu cür qanunsuz səfərlərdən çəkinəcəyini bildirib.

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 422