Qadını şantaj edib 10 min manat istədi - Pulu alarkən yaxalandı


12:27     30 May 2019 2019/05/telefon-santaj_1559205061.jpg

Paytaxt sakinini hədələyərək ondan pul tələb edən şəxs cinayət başında saxlanılıb.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şamaxı rayon sakini E.Binyətov mayın 27-də paytaxt ərazisində Bakı şəhər sakini olan qadını barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 10.000 manat pul alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Femida.az

Açar sözlər: #Qadın   #Şantaj  

Oxunub: 840