Rüstəm Usubov qəbul keçirəcək
12:42 30 May 2019
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun birinci müavini Rüstəm Usubov cari il iyunun 7-də saat 10:00-da Daşkəsən rayon prokurorluğunun inzibati binasında Daşkəsən və Kəlbəcər rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun Mətbuat xidmətindən Femida.az-a verilən məlumat görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Daşkəsən rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Femida.az
Oxunub: 483
Oxşar xəbərlər
- Rüstəm İbrahimbəyov vəfat edib
- Rüstəm Əbülfətoğlu MEDİA-dakı vəzifəsindən ayrılıb
- Rüstəm Muradov sabah Qarabağa gedəcək
- Rüstəm Muradovu Kosobokov əvəz edə bilər - KİV
- Rüstəm Muradovun Qarabağdakı missiyası bitdi
- Rüstəm Muradov Ermənistanın müdafiə naziri ilə görüşüb
- Rüstəm Usubov Tovuzda vətəndaş qəbulu keçirəcək
- Rüstəm Minnixanov Mehriban Əliyevanı təbrik edib
- Rüstəm Usubov İmişlidə vətəndaşları qəbul edəcək
- Rüstəm Orucov dünya reytinqində liderdir