“Deputatların intizamlı olması vacibdir” - Oqtay Əsədov


13:26     30 May 2019 oqtay%20esd.jpg


“Deputatların hüquq və səlahiyyətlərinin genişlənməsi yaxşı olardı”.


Femida.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna texniki dəyişikliyin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa bildirib.

F. Mustafa deyib ki, son vaxtlar əsasən deputatın intizamı məsələsi ilə bağıl dəyişikliklərə diqqət yetirilir: “Deputatların qanunvericilik təşəbbüslərində fəal iştirakı ilə bağlı məsələlərə diqqət yetirilsə, daha yaxşı olar”.

Spiker Oqtay Əsədov isə intizam məsələsinin önəmli olduğunu, qanunun isə birinci oxunuşda müzakirəyə çıxarıldığını bildirib: “Deputatların intizamlı olması vacibdir. Biz isə hazırda qanuna texniki dəyişiklikləri müzakiər edirik”.

Femida.az

Açar sözlər:

Oxunub: 399


Oxşar xəbərlər