Bakıda sevgilisi tərəfindən qətlə yetirilən qadının meyitinin görüntüləri yayılıb (18+ VİDEO)


13:46     30 May 2019 2019/05/8676_vlgt1xkh03_1559209690.jpg

Bakıda qeyri-rəsmi nikahda yaşadığı əri tərəfindən vəhşicəsinə öldürülən qadının qətli ilə bağlı dəhşətli görüntülər yayımlanıb.


Femida.az xəbər verir ki, kadrlar ARB TV-də yayımlanan "Kriminal" verilişində nümayiş etdirilib. Belə ki, 1994-cü il təvəllüdlü Ülviyyə Allahverdiyevanı qısqanclıq zəminində öldürən Qocayev Mahir sonra intihar məqsədi ilə özünə bıçaq zərbələri endirib.




Keçmiş ər-arvad uşaq üstündə mübahisə ediblər. Belə ki, Allahverdiyeva qətl baş verən gün ərinin evinə uşağını görməyə gəlibmiş. Məhkəmə cütlük boşanarkən uşağın atasında qalması barədə qərar çıxarıb və anaya onu ziyarət etmək hüququ verib. Qadın övladını görmək üçün keçmiş ərinin yaşadığı evə gedib. Amma bu ziyarət kişinin ailəsinin qanını qaraldıb. Qocayevlə dalaşan qadın evi tərk edib, lakin keçmiş əri küçədə onun dalınca düşüb. Qocayev övladının anasına çoxsaylı bıçaq zərbələri vuraraq onu öldürüb.

Açar sözlər:

Oxunub: 1754