Usubov saxta vəsiqə satan polkovniki qovdu


16:04     30 May 2019 19_05_30_1559217938.jpg


Azərbaycanda polis rəisi xidməti fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb.



Femida.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Tovuz rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Kamil Quliyev mövcud qanunvericiliyinin tələblərini kobud şəkildə pozduğu üçün daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Hazırda nazirlik tərəfindən idarədə daxili yoxlama aparılır.

Məlumata görə, K.Quliyev 10-dan çox xarici vətəndaşa saxta yolla Azərbaycan dövlətinə məxsus şəxsiyyət vəsiqəsi satıb.

Femida.az

Açar sözlər: #DİN   #polkovnik   #Usubov  

Oxunub: 2626