“ASAN Xidmət”ə necə işə düzəlirlər?
14:43 02 Noyabr 2015
“ASAN Xidmət” mərkəzlərində işə qəbul olunmağın yeganə yolu dövlət qulluğu üçün nəzərdə tutulmuş müsabiqədən keçməkdir.
Femida.az-ın məlumatına görə, bunu müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədr müavini Ülvi Mehdiyev deyib. Onun sözlərinə görə, bəzən ölkə vətəndaşları arasında hansısa dəllallara pul verib “ASAN Xidmət”ə işə düzəlmək istəyənlər olur, amma bu, mümkün deyil:
“İşə qəbulla bağlı xoşagəlməz hallar olur. Bizə bir vətəndaşdan müraciət daxil olmuşdu. Ondan pul alıb “ASAN Xidmət”də iş vəd etmişdilər. Biz dərhal həmin şəxslə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etdik ki, lazımi tədbir görülsün. Bir daha bəyan edirəm ki, “ASAN Xidmət”in əsas prinsipi şəffaflıqdır və bunun üçün də işə qəbulun şəffaf olması şərtdir”.
Ülvi Mehdiyev həmçinin qeyd edib ki, bəzən "ASAN Xidmət"də işə qəbulla bağlı anlaşılmazlıqlar da olur:
"Məsələ ondadır ki, bizdə təxminən 10 dövlət qurumunun xidmətləri göstərilir. Həmçinin bəzi yardımçı xidmətlərlə bağlı özəl sektorun təmsilçiləri "ASAN Xidmət" mərkəzlərində otururlar. Vətəndaş da ele hesab edir ki, əgər kimsə "ASAN Xidmət"də hansısa işlə məşğursa artıq oranın işçisidir. Halbuki, bizim işçi olmaya da bilər. Bununla bağlı da maarifləndirici işlər görülür".
Oxunub: 2230
Oxşar xəbərlər
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Mübahisə qanla bitdi: 32 yaşlı kişi bıçaqlandı
- Çitə, məhrək, deltaplan... - Orfoqrafiya sözlüyündə yeni sözlər
- Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
- Bakıda üçmərtəbəli bina yandı - Ev sahibi xilas edildi
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Türkiyə XİN: `ABŞ İrandakı hadisələri qızışdırır`
- Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək
- Oqtay Şirəliyev: “Təbabət elmimiz zamanla ayaqlaşmır”
- Bakı sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar bu saata qədər işləyəcək