Bu il bir neçə universitetin yataqxanası istifadəyə veriləcək

Bu il bir neçə universitetin yataqxanası istifadəyə veriləcək


17:02     30 May 2019 19_05_30_1559221436.jpg


"Bu il 350 təhsil müəssisələrində yararsız qaz sayğacları yeniləri ilə əvəzlənəcək. 110 təhsil müəssisəsində isə yeni qaz xətləri çəkiləcək".



Femida.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Əsaslı tikinti və təchizat idarəsinin şöbə müdirinin müavini Xəlil Qasımov media üçün təlimdə çıxışı zamanı deyib.

Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycan Dövlət Sənaye Universitetinin 800 yerlik yeni yataqxanası artıq istismara hazırdır: "Yeni tədris ilində yataqxananın istifadəyə verilməsi planlaşdırılır. Bundan başqa, Gəncə Dövlət Universitetinin ümumi tutumu 792 yerlik üç yataqxanasının əsaslı təmir-tikinti işlərinə başlanılıb. Bundan əlavə, Lənkəran Dövlət Universitetinin 156 yerlik yataqxanası istifadəyə veriləcək. Sumqayıt Dövlət Universitetinin 264 yerlik yataqxanasının əsaslı təmiri ilə bağlı layihə-smeta sənədləri hazırlanır".

O əlavə edib ki, bu il 24 rayonda 3 520 şagird yerlik 50 modul tipli məktəb tikiləcək.

Femida.az

Açar sözlər: #təhsil   #tələbə   #universitet   #yataqxana  

Oxunub: 253