Azərbaycana finala görə 60 min turist gəlib
17:20 30 May 2019
Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu il may ayının 27-dən 30-dək ümumilikdə təxminən 600 reysə xidmət göstərib.
AZAL-dan Femida.az-a daxil olan məlumata görə, onlardan 57-si çarter reysləri, 10-u isə “FlyDubai”, “AirArabia”, “SCAT”, “IsrAir”, “Jazeera” və s. kimi aviaşirkətlərin əlavə müntəzəm uçuşlarının payına düşüb.
Azərbaycanın əsas hava limanının sərnişin axını Bakıda Avropa Liqası finalının keçirildiyi dövrdə ümumilikdə təxminən 60 min nəfər təşkil edib.
Sərnişin axını və uçuş-eniş əməliyyatları üzrə hava limanının infrastrukturunda yüklənmənin pik vaxtının 30 may tarixində müşahidə edilməsi gözlənilir. Gün ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 164 reysə və 18 mindən çox sərnişinə xidmət göstərəcək.
Paytaxtın hava limanından mayın 30-da rekord sayda - 100-dən çox təyyarə uçuş həyata keçirəcək.
Reyslərin çoxu London-Bakı-London marşrutu üzrə həyata keçirilib. Həmçinin Frankfurt, Vyana, Buxarest, Madrid, Nitsa, Afina, Stokholm, Doha və bir sıra digər şəhərlərdən nümayəndə heyətləri, pərəstişkarlar və azarkeşlər gəlmişdirlər.
Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək təhlükəsizlik səviyyəsi və mükəmməl xidmət keyfiyyətini təmin etmiş, aeroportun bütün strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Heydər Əliyev Beynəlxalq Aeroportu bu günlərdə hava limanı üçün yeni olan aviaşirkətlərin – “Enter Air”, “Blue Panorama Airlines”, “Maleth Aero Aoc Limited”, “Hifly Airlines”, “WamosAir”, “Getjet Airlines” və digər çarter aviaşirkətlərinin təyyarələrini qarşılamışdır. Onlar arasında Londondan göyərtəsində təxminən 500 sərnişin ilə gələn “Hi-Fly” aviaşirkətinə məxsus ən böyük sərnişin təyyarəsi “Airbus A380” olub.
Femida.az
Oxunub: 400
Oxşar xəbərlər
- Azərbaycana gətirilən Aİ-92 benzinin gömrük rüsumundan azad olunma müddəti başa çatıb
- Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı təxminən 3 dəfə artıb
- Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb
- Azərbaycana yaz fəsli gəlib
- Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirmək istəyən şəxs tutulub
- Azərbaycana investisiya yatırımını asanlaşdıracaq sayt tezliklə istifadəyə veriləcək
- Azərbaycana giriş-çıxışına icazə verilən şəxslərin siyahısı genişləndirilib
- Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək
- Azərbaycana diri toyuqların gətirilməsinə qadağa qoyulub
- Azərbaycana ova gələn əcnəbilər üç kateqoriyaya bölünəcək