Tanışını taxta parçası öldürən şəxsə hökm oxunub


17:42     30 May 2019 hebs_58.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bahadur Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.




Femida.az-ın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, B. Cəfərov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakının Sabunçu rayonunda əvvəllər məhkum olunmuş B. Cəfərov evində münaqişə zəminində tanışı Rəfayel Rzayevi taxta parçası ilə döyərək qətlə yetirib.

Açar sözlər:

Oxunub: 472