Gürcüstanda saxlanılan dövlət qulluqçuları müvəqqəti saxlama təcridxanasına köçürülüb


19:07     30 May 2019 19_05_30_1559228885.jpg

Gürcüstanın Acara Muxtar Respublikasında saxlanılan yüksək vəzifəli dövlət rəsmiləri Batumi müvəqqəti saxlanma təcridxanasına köçürülüblər.


ONA-nın yerli bürosu xəbər verir ki, saxlanılanlar mediaya açıqlama verməkdən imtina ediblər.

Saxlanılanların vəkilləri isə iddia mətni ilə hələ tam tanış ola bilmədiklərini bildiriblər.

Qeyd edək ki, bu gün Acara Muxtar Respublikası prokurorluğunun həyata keçirdiyi əməliyyat nəticəsində aralarında 7 yüksək vəzifəli dövlət rəsmisinin də olduğu dövlət və sabiq dövlət qulluqçuları saxlanılıb. Onların dövlət büdcəsini talamaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunduğu bildirilir. Saxlanılanlar arasında Batuminin vitse-meri Tengiz Petridze, Batuminin sabiq icra başçısı Giorgi Emrakov, təhsil, mədəniyyət və idman nazirinin səlahiyyətlərini icra edən Baqrat Manvelidze, Batumi maliyyə nazirinin müavini Arçil Vanadze, Batumi İcra Hakimiyyətinin Ödənişlər departamentinin rəhbəri Beka Xalvaşinin olduğu bildirilir.

Faktla bağlı cinayət işi açılıb.

Açar sözlər:

Oxunub: 367