Bankların manatla kreditləri artıb

Bankların manatla kreditləri artıb


19:31     30 May 2019 pull.jpg

Aprelin 30-na Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,769.1 mln. manat, cəmi öhdəlikləri isə 25,349.3 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4,419.8 mln. manat olub.
Maliyyə Bazarlarına Nəzarət Palatasından Femida.az -a verilən məlumata görə, aprel ayına sektorun aktivlərinin 42.6%-ni kredit portfeli təşkil edir. Ay ərzində xalis kredit portfeli 0.3% (30.3 mln. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 12,674.8 mln. manat təşkil edib. Ay ərzində milli valyutada kreditlər üzrə artım olub. Belə ki, ay ərzində milli valyutada kreditlər 1.4% (110.9 mln. manat) artaraq 8,093.9 mln. manata çatıb.

2019-cu ilin aprel ayında fiziki şəxslərin əmanətləri 8,625.2 mln. manat təşkil edib. Aprel ayında əmanətlər 4.5% (371.7 mln. manat) artıb. Ay ərzində fiziki şəxslərin depozit portfelinin artımı müddətli və tələbli əmanətlər hesabına olub. Aprel ayı ərzində fiziki şəxslərin tələbli əmanətləri 13.2% (367.8 mln. manat) artaraq 3,155.5 mln. manat, müddətli əmanətlər isə 0.1% (3.9 mln. manat) artaraq 5,469.7 mln. manat təşkil edib.

Hüquqi şəxslərin müddətli depozitləri ilin əvvəli ilə müqayisədə 19.2% (278 mln. manat) artaraq 1,727.7 mln. manata çatıb. Hüquqi şəxslərin ümumi depozitlərin ayın sonuna 10,176.4 mln. manat təşkil edib.

Sektorun balans kapitalı aprel ayı ərzində 2.5% (106.1 mln. manat) artaraq 4,419.8 mln. manata çatıb.

Aprel ayında bankların əməliyyat mənfəəti 288.4 mln. manat, xalis mənfəəti isə 347.9 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14.8%, kreditlər üzrə faiz gəlirləri isə 18.2% artıb.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 128, ATM-lərin sayı 2,544 olub. Bank sektorunun işçi heyətinin sayında artım aprel ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin aprel ayında işçi sayı 1.3% (233 nəfər) artaraq 17,982 nəfər təşkil edib.

Açar sözlər:

Oxunub: 180