Inam Kərimov Lənkəranda zona müşavirəsi keçirib


19:38     30 May 2019 19_05_30_1559230771.jpg

Lənkəranda kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Sitrus meyvəçiliyinin və çayçılığın inkişafına dair dövlət proqramlarının icrası ilə əlaqədar mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda zona müşavirəsi keçirilib.



Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Femida.az- a verilən məlumata göə, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, həmçinin cənub bölgəsindən bu sahə ilə məşğul olan 100-ə yaxın fermer iştirak edib.

Kənd təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxışında deyib ki, sitrus meyvəçiliyi və çayçılıq ölkəyə valyuta axınına imkan verən, məşğulluğu təmin edən, əmək tutumlu önəmli bir sahələrdəndir. Həm sitrus meyvəçiliyinin, həm də çayçılığın inkişafı ilə bağlı qəbul edilən Dövlət Proqramlarında konkret hədəflər müəyyən edilib. Proqramların əsas məqsədi də bu sahədə daha yüksək inkişafa, məhsuldarlığı artırmağa nail olmaqdır: “Bu hədəflərə çatmaq üçün konkret tədbirlər həyata keçirilir. Həyata keçirilən məqsədyönlü tədbirlər aqrar sahənin dinamik və dayanıqlı inkişafını təmin edir”.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev “Azərbaycanda sitrus meyvə bağlarının, çayçılığın mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib.

Müşavirədə gübrə, dərmanlarla təminat, sitrus meyvəçiliyi və çayçılığın inkişafı istiqamətində fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb. Tədbirdə bu sahələrin inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, bu cür müzakirələrin mütəmadi keçirilməsi qərara alınıb.

Açar sözlər:

Oxunub: 538