Ucarda maşın aşıb, iki nəfər yaralanıb


20:58     30 May 2019 19_05_30_1559233927.jpg

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Alpout kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik maşın idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə hələ ki şəxsiyyəti müəyyən olunmamış 2 nəfər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 426