TürkPA seçkilərlə bağlı bəyanat yaydı


15:07     02 Noyabr 2015 turk_konseyi_by_isteinternet-d5cc1tx.png

"Azərbaycanda noyabrın 1-də keçirilən parlament seçkiləri ərəfəsində beynəlxalq müşahidəçilərə bütün hüquqi və maddi-texniki şərait yaradılmışdı. Seçkilər qanunvericiliyə və beynəlxalq standartlara tam cavab verib”.


Femida.az-ın xəbərinə görə, bu barədə TÜRK PA-nın Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanatında bildirilir.

Qurumun seçkini müşahidə edən missiyasının rəhbəri Serijkan Kanayevin sözlərinə görə seçicilər səsvermə prosesinə təmkinli və müsbət yanaşırdılar:

"Missiya tərəfindən hər hansı qanun pozuntusu qeydə alınmayıb. Paytaxtın Nəsimi, Binəqədi, Yasamal, Səbail rayonun da seçkiləri müşahidə etdik və şahidi olduq ki, texniki və prosedur qaydalarının, təlimatların hazırlanması olduqca dəqiq aparılıb".

TÜRK PA-nın baş katibi Jandos Asanov qeyd edib ki, müşahidəçilər seçki qutularına bülletenlərin atılmasını izləyib, seçicilər və seçki məntəqələrinin sədrləri ilə söhbət edib, siyasi partiya rəhbərləri ilə görüşüblər:

"Belə qənaətə gəldik ki, seçkilər tam demokratik, şəffaf həyata keçirilib, qanun pozuntusuna rast gəlinməyib".

Açar sözlər:

Oxunub: 917