Bakıda tanışını evinə çağırdı, sonra döyüb öldürdü...


23:06     30 May 2019 2019/03/doyub-dava-doymek_1552288598.jpeg


Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bakı şəhər sakini Bahadur Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Femida.az Trend-ə istinadən bildirir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə B. Cəfərov 16 il azadlıqdan məhrum edilib.

İttihama görə, Bakının Sabunçu rayonunda əvvəllər məhkum olunmuş B. Cəfərov evində münaqişə zəminində tanışı Rəfayel Rzayevi döyərək qətlə yetirib.

Femida.az

Açar sözlər:

Oxunub: 509