Bakıda "BMW" ilə "Kamaz" toqquşub, ölən var


09:07     31 May 2019 trend_kamaz_crash_250912_1.jpg


Bakıda ağır yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, şəhərin Qaradağ rayonunda "BMW" markalı minik avtomobili və "Kamaz" markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü 1986-cı il təvəllüdlü Quliyev Rəşad Əbülfəz oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 292