Gürcüstanda deputatlar arasında dava - Yaralanan var
09:11 31 May 2019
Gürcüstan parlamentində deputatlar arasında dava düşüb.
Femida.az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə müstəqil deputat Levan Qoqiçaişvili ilə parlament çoxluğunun üzvü Mixail Kavelaşvili arasında mübahisə olub. Sonra onlar əlbəyaxa olublar və biri-birinə fiziki güc tətbiq ediblər.
Sonradan hakim Gürcü Arzusu-Demokratik Gürcüstan partiyasının deputatı Muxran Vaxtanqadze mübahisəyə qoşulub.
Təhlükəsizlik qüvvələri deputatları zaldan çıxarıblar. Onların əlbəyaxa davası dəhlizdə də davam edib. Müstəqil deputatın xəsarət aldığı bildirilir. Təhlükəsizlik qüvvələrinin əməkdaşları jurnalistləri hadisəni lentə almağa imkan verməyiblər.
Femida.az
Oxunub: 359
Oxşar xəbərlər
- Gürcüstanda matəm elan olunub
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
- Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir
- Gürcüstanda iki dəfə zəlzələ olub
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstanda hərbi bazada hərbçinin meyiti aşkarlanıb
- Gürcüstanda 20 ildir axtarılan şəxs Azərbaycanla sərhəddə həbs edilib
- Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq
- Gürcüstanda azərbaycanlıların toyundan sonra qarşıdurma olub, xəsarət alanlar var