Piyadanı vurub qaçan sürücü saxlanılıb


09:24     31 May 2019 hebs_58.jpg

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Femida.az ONA-ya istinadən xəbər verir ki, "Nissan" markalı minik avtomobili piyada, 1987-ci il təvəllüdlü Ağabalayev Şahid Atabala oğlunu vurub.

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Ş.Ağabalayevə ilkin tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisədən sonra ərazidən yayınan sürücünü saxlayıb. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 239