Şəhid mayor dəfn olundu - YENİLƏNDİ


12:05     31 May 2019 2019/05/955cf0db4268d3d_1559290167.jpg

Ermənilərin açdığı atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarov dəfn edilib.



Femida.azı-n verdiyi məlumata görə, A.Omarov Qax rayonu Lələpaşa kəndində yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.


***

Bu gün şəhid hərbi qulluqçumuz Aqil Omarovla vida mərasimi keçiriləcək.

Femida.az xəbər verir ki, şəhid zabitimiz Qax rayonunun Lələpaşa kəndində torpağa tapşırılacaq.

Qeyd eədk ki, 1983-cü il təvəllüdlü mayor Aqil Omarov ötən gün düşmənin Ağdam rayonu istiqamətində təxribat törətməsi nəticəsində şəhid olub. Evli idi, iki oğlu yadigar qalıb.

Femida.az

Açar sözlər:

Oxunub: 513