"Azərbaycanda 1500 vəkil, 1200 prokurorluq əməkdaşı var" - Namiq Əsgərov


10:25     31 May 2019 2019/05/namiq-esgerov1_1559284168.jpg

"Vəkillər Kollegiyası ilə Prokurorluq orqanları arasında yeni əməkdaşlıq mərhələsinə start verilib".


Femida.az xəbər verir ki, bu sözləri Azərbaycan Baş Prokurorun müavini Namiq Əsgərov "Məhkəmə-Hüquq islahatlarına Vəkil baxışı" adlı konfransda deyib. O, bildirib ki, Məhkəmə-hüquq islahatlarında hər bir Azərbaycan vətəndaşı yaxından iştirak etməlidir:

"Prokurorluq peşəsini mənə sevdirən vəkil olub. Vəkil sözü çətinə düşəndə çağırılan şəxs mənasını verir . Vəkil hüquqi əsgərdir. Prokuror isə qayğı göstərən deməkdir. Hər iki peşə sahibinin və qurumun fəaliyyəti normativ aktlarla tənzimlənir. Vəkillər ədalət mühakiməsinin əsas təmsilçiləridir. Vəkillər və prokurorlar insan hüquqları və azadlıqlarının müdafiəsinə yönəlib. Azərbaycanda 1500 vəkil, 1200 prokurorluq əməkdaşı var. Vəkil və prokurorluq münasibətləri bu gün çox yaxşı vəziyyətdədir. Şadam ki , bu gün vaxtilə prokuror işləmiş insanlar vəkil kimi fəaliyyət göstərir".

"Fərmanda Baş Prokurorluğa edilmiş 2 tövsiyə var. Mayın 2-də artıq biz öz təkliflərimizi tamamladıq. 200 - dən çox təklif hazırladıq. Həm Ali Məhkəmə, həm də Ədliyyə Nazirliyinə göndərdik. Qısa müddətdə layihə ictimaiyyətə təqdim ediləcək", - deyə Namiq Əsgərov qeyd edib.

Amin Nəzərli
Femida.az

Açar sözlər: #Vəkillər_Kollegiyası   #Prokurorluq  

Oxunub: 2604