Ötən il Azərbaycanda cinayət işləri üzrə 89 bəraət hökmü verilib

Ötən il Azərbaycanda cinayət işləri üzrə 89 bəraət hökmü verilib


10:30     31 May 2019 2019/05/beraet_1559284500.jpg

“2018-ci ildə Azərbaycanda cinayət işlərində cəmi 89 bəraət hökmü verilib. Bu, ümumi cinayət işlərinin 1 faizindən aşağı rəqəmdir”.

Femida.az xəbər verir ki, bunu “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” adlı konfransında Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov deyib.

O bildirib ki, bu, dövlət ittihamının çox təkmil işləməsindən, vəkillərin müqavimətindən, məhkəmənin passivliyindən və bizə məlum olmayan səbəblərdən irəli gələ bilər:

“Biz hesab edirik ki, bütöv ittihamla müdafiə tərəfinin balanslı nəticə əldə etməsi üçün vəkillik öz səylərini artırmalıdır. Məlum olduğu kimi, Cənab Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatlarla bağlı imzaladığı 3 aprel fərmanında ədalət mühakiməsinin əlçatanlığı məsələsi xüsusilə vurğulanır”.

Amin Nəzərli
Femida.az

Açar sözlər: #Bəraət   #Hökm  

Oxunub: 159