"Vəkilliyə qəbul qaydalarının və sualların yüngülləşdirilməsinə ehtiyac var" - Gündüz Kərimov


10:56     31 May 2019 2019/05/gunduz_komekci_1558337507.jpg

Bəzi rayonlar var ki, orada 1 vəkil fəaliyyət göstərir.


Femida.az xəbər verir ki, bunu Bakıda keçirilən “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” konfransında Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov deyib.

O bildirib ki, son il yarım ərzində bu say 800-dən 1500 nəfərə qədər artıb:

"Vəkilliyə qəbul qaydalarının və ixtisas suallarının yüngülləşdirilməsinə müəyyən ehtiyac var. Azərbaycanda vəkillərin sayı elə də çox deyil. Qanunvericiliyə qoyulmuş məhdudiyyətlər, xüsusilə də nümayəndəlik institutu ilə bağlı məhdudiyyətlər bəzi kateqoriyalı şəxslərin, xüsusilə Bakıdan kənarda yerləşən şəxslərin məhkəməyə müraciət etmək imkanlarına maneələr yaradıb. Bizdə olan məlumata görə elə rayon var ki, orada 1 vəkil fəaliyyət göstərir”.


Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 1415