İngilis fanatlar azərbaycanlı jurnalistə çətin anlar yaşadıb - Video


13:13     31 May 2019 2019/05/arb_1559294091.jpg

29 may Bakı Olimpiya Stadionunda baş tutan "UEFA Avropa Liqası"nın möhtəşəm final günü bütün dünya üçün böyük səs-küy yaradıb.


Femida.az xəbər verir ki, oyun günü ARB 24 telekanalının Bakı Olimpiya Stadionundan ən son məlumatları çatdırmaq üçün canlı bağlantıya çıxan müxbiri Azər İsmayıl çətin anlar yaşayıb.

Belə ki, stadiona daxil olmaq istəyən ingilis azarkeşlər ona danışmağa və hərəkət etməyə imkan verməyiblər. Əcnəbi azarkeşlər komandalarına dəstək olduqlarını, kamera önündən böyük coşqu ilə keçərək göstəriblər.

Ən maraqlısı isə ingilis azarkeşlərdən birinin oyun öncəsi müxbirin fotosunu çəkərək özündə xatirə kimi saxlaması olub.


Açar sözlər:

Oxunub: 1074