Sabah bəzi ərazilərə dolu yağacaq
13:00 31 May 2019
Sabah Azərbaycanın bəzi ərazilərinə yenidən dolu yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, iyunun 1-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 18-20, gündüz 29-32, Bakıda gecə 18-20, gündüz 29-31 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 30-34, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti təşkil edəcək.
Femida.az
Oxunub: 286
Oxşar xəbərlər
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Sabah hava küləkli olacaq, yağış yağacaq
- Sabahın hava proqnozu açıqlanıb
- Sabah Abşeronun bir hissəsində qaz olmayacaq
- Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
- Sabahın hava proqnozu açıqlanıb
- Sabaha gözlənilən hava şəraiti açıqlanıb
- Sabahın hava proqnozu açıqlanıb
- Sabahın hava proqnozu açıqlanıb