Dünyanın ən balaca körpəsi doğulub - ALMA BOYDADIR

Dünyanın ən balaca körpəsi doğulub - ALMA BOYDADIR


14:46     31 May 2019 2019/05/759451_01_1559299676.jpg

Dünyada bir ilk daha yaşanıb.


Femida.az medicina.az-a istinadən bildirir ki, Amerikada dünyanın ən balaca körpəsi dünyaya gəlib. San Dieqodakı "Sharp Meri Biç" Xəstəxanasının həkimləri bildiriblər ki, bu, çox nadir hadisədir.

Körpə vaxtından əvvəl doğulub. "Uşaq doğulanda cəmi 245 qram çəkisi var idi və dəqiqliklə alma boyda idi" - deyə həkimlər bildirib. Ayova universitetinin rəsmi statistikasına görə, bu qız uşağı dünyanın ən kiçik uşağı hesab edilə bilər.

Qeyd edək ki, körpə 5 ayına qədər xəstəxanada qalıb. Hazırda isə uşaq tam sağlamdır.

Femida.az

Açar sözlər:

Oxunub: 462