Yaxın günlərdə yeni təqaüdlərin verilməsinə başlanılacaq


15:23     31 May 2019 Emek_Ehalinin_Mudaf_Nazirliyi_Album_030512.jpg

Yaxın günlərdə I qrup əlillərə və sağlamlıq imkanı məhdud uşaqlara baxan şəxslərə əlavə təqaüdlərin ödənilməsinə başlanılacaq.


Femida.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, 100 mindən artıq vətəndaş bu təqaüdlərdən istifadə edəcək.

"Ölkə başçısının növbəti fərmanı ilə birinci qrup əlillərə və sağlamlıq imkanı məhdud uşaqlara baxan şəxslərə də əlavə təqaüd müəyyən edilib. Onlar üçün müvafiq qanunverici baza formalaşdırdıqdan sonra sənəd qəbuluna başlanıb".

Femida.az

Açar sözlər:

Oxunub: 438