Azərbaycan Ordusu o silahdan atəş açdı - VİDEO


16:17     31 May 2019 2019/05/ozuyeriyen_1559305112.jpg

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələrindən biri “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçirib.


Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, atışlar zamanı müxtəlif məsafələrdə quraşdırılmış şərti düşmənin döyüş texnikası və mühəndis fortifikasiyasını təqlid edən tamölçülü hədəflər məhv edilib.

Ekipajlar həmçinin mövqelərin dəyişilməsi və şərti döyüş zamanı hədəflərin koordinatlarının alınmasını məşq ediblər.
Videonu təqdim edirik:


Açar sözlər: #ordu   #müdafiə_nazirliyi   #silahlar  

Oxunub: 3048