"Üzünə "şram" atmaq istəyərkən bıçaq boğazına girdi" -Oteldə sevgilisini öldürən qızın görüntüsü yayıldı (VİDEO)


16:43     31 May 2019 19_05_31_1559306748.jpg

2018-ci ilin mayında Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Qrand” hoteldə baş vermiş qətllə bağlı görüntülər yayılıb.


Femida.az xəbər verir ki,ARB televiziyasında yayımlanan Kriminal verilişində dəhşətli qətllə bağlı video görüntülər yayılıb.1987-ci il təvəllüdlü Sabunçu rayon sakini Günel Əliyeva təxminən sevgilisi Vüqar Atakişiyevi hotelin ikinci mərtəbəsindəki otaqda bıçaqla öldürüb.Hoteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb. Mübahisə daha sonra hamam otağında davam edib. Bu zaman G.Əliyeva bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub.Oğlan boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.
Hadisənin təfərrüatı ilə bağlı geniş videonu təqdim edirik:


Açar sözlər:

Oxunub: 3374