Bakıda "Prado" işıq dirəyini yerindən qopardı


17:27     31 May 2019 2019/05/1d16df97-bff6-43cc-8302-4ba0de21f62e_1559309327.jpg

Bakıda yol qəzası baş verib.


Femida.az-ın Report-a istinadən məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan "Toyota Land Cruiser" markalı minik avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.

Nəticədə işıq dirəyi yerindən qopub. Nəqliyyat vasitəsinə isə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu il aprelin 12-də də oxşar hadisə baş vermişdi.

Femida.az

Açar sözlər: #DYP  

Oxunub: 1259