Uşaq bağçasında göbələkdən zəhərlənmə qeydə alınıb


18:35     31 May 2019 19_05_31_1559310512.jpg


Rusiyanın Çuvaşiya Respublikasında iki nəfər azyaşlı göbələkdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Femida.az-ın məlumatına görə, uşaqların hər ikisinin 5 yaşı var.

Respublikanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, uşaqlar bağçanın həyətində gəzişərkən yabanı halda bitən göbələklərə rast gəliblər.

Göbələyi yeyən uşaqlarda mədə sancıları başlayıb və xəstəxanada onlara zəhərlənmə diaqnozu qoyulub.

Hazırda onlar ambulator müalicəyə buraxılıb.

Femida.az

Açar sözlər: #göbələk  

Oxunub: 442