Cinsi azlıqların paradına icazə verilmədi - Tbilisidə


17:53     31 May 2019 19_05_31_1559310846.jpg


Gürcüstanın paytaxtı Tbilisidə LGBT nümayəndələrinin iyunun 18-23-də keçirmək istədikləri parada icazə verilməyib.


Femida.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

DİN-də “Tbilisi pride” təşkilatının nümayəndələri ilə keçirilən görüşdə paradın keçirilməsinin təhlükəsizlik baxımından mümkün olmadığı izah olunub.

Nazirlik cinsi azlıq nümayəndələrinə özlərini ifadə etmələri üçün digər təhlükəsiz və alternativ imkanlar təklif edib.

Femida.az

Açar sözlər: #parad   #Tblisi  

Oxunub: 703