Poroşenkoya qarşı 6-cı cinayət işi açıldı


19:44     31 May 2019 porosenko.jpg


Ukraynanın eks-prezidenti Petro Poroşenkoya qarşı açılan cinayət işlərinin sayı 6 oldu.

Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu dəfə o, hakimiyyəti qəsb etməkdə günahlandırılır. Bu barədə vəkil Andrey Portnov bildirib.

Hazırda Poroşenkoya qarşı dövlət çevrilişi, çirkli pulların yuyulması, xidməti vəziyyətindən sui-istifadə etmək və məhkəmə hakimiyyətinin ələ keçirilməsi maddələri üzrə ittiham qaldırılıb.

Eks-prezidentə qarşı hazırlanmış daha 10 cinayət işi olduğu bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 453