Azərbaycanla bu ölkə arasında ticarət dövriyyəsi 6 milyard avroya çatıb
21:16 31 May 2019
"Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi son ildə 6 milyard avroya çatıb".
Bunu Bakıda İtaliya Respublikasının 78 illiyinə həsr olunmuş tədbirdə çıxış edən bu ölkənin Azərbaycandakı səfiri Auqusto Massari bildirib.
İki ölkə arasında əməkdaşlıqdan danışan səfir TAP layihəsinin əhəmiyyətini xüsusi qeyd edib.
“İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. TAP layihəsi çərçivəsində işlər nəzərdə tutulmuş cədvəl üzrə gedir. Layihə çərçivəsində mikro tunnelin inşası aprel ayında başa çatıb. Azərbaycan qazı bu boru kəməri vasitəsilə 2020-ci ildən Avropaya nəql olunacaq”, - deyən diplomat iqtisadi əməkdaşlığa dair ikitərəfli hökumətlərarası Komissiyanın bu ilin sentyabr ayının 18-də növbəti iclasının keçiriləcəyini diqqətə çatdırıb.
Femida.az
Oxunub: 417
Oxşar xəbərlər
- Rusiya: Azərbaycanla birgə brakonyerlik əleyhinə tədbirlərin səmərəsi artıb
- Azərbaycanla Ermənistanın dövlət sərhədindəki buraxılış məntəqələri müəyyənləşib
- Rusiya XİN: "Azərbaycanla ticarətin təxminən 30 %-i rublla aparılır"
- İtaliya Azərbaycanla qaz tədarükünün artırılmasını müzakirə edib
- Avstriya Azərbaycanla uzunmüddətli qaz sazişi bağlamağı təklif edir
- Azərbaycanla Qətər arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
- Bayden: “Yeni əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”
- Gürcüstanda 20 ildir axtarılan şəxs Azərbaycanla sərhəddə həbs edilib
- Azərbaycanla BMT arasında Etimad Fondları Layihəsi Sazişi təsdiqlənib
- Böyük Britaniya Azərbaycanla işgüzar əməkdaşlığı gücləndirəcək