Tramp Ərdoğanın təklifini qəbul etdi


21:37     31 May 2019 19_05_31_1559324348.jpg

ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Ankaranın Rusiyadan "S-400" zenit-raket kompleksləri alması ilə bağlı birgə işçi qrup yaradılması təklifini müsbət dəyərləndirib.

Femida.az xəbər verir ki, bir neçə gün əvvəl Ərdoğan Trampa Rusiyadan "S-400" komplekslərinin alınması barədə birgə işçi qrupun yaradılmasını təklif etmişdi.

Bu gün NTV kanalı ABŞ liderinin türkiyəli həmkarının təklifini müsbət qiymətləndirdiyi barədə məlumat yayıb.

Qeyd edək ki, "S-400" komplekslərinin alınması ilə bağlı sazişin ümumi dəyəri 2,5 milyard dollara bərabərdir. Komplekslərin Türkiyəyə tədarükü 2019-cu ilin sonu – 2020-ci ilin əvvəlinə nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 319