İki ailənin evi birdən yandı


22:24     31 May 2019 19_05_31_1559326394.jpg

Şəkidə iki ailəyə məxsus fərdi yaşayış evində yanğın olub.


Məlumatına görə, bu gün axşam saatlarında rayonun Oxut kəndində, kənd sakinləri Mehdi Məcid oğlu Kərimova və Akif Qurbanəli oğlu Kərimova məxsus, bir damın altında tikilmiş ümumi sahəsi 400 kv/m olan ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları 150 kv/m sahadə yanıb. M.Kərimova məxsus, evə bitişik tikilən 50 kv/m-lik yardımçı tikilinin yanar konstruksiyaları alışıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yerli sakinlər tərəfindən evdən çıxarıldığı üçün əşyalara ziyan dəyməyib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.(Ona.az)

Açar sözlər:

Oxunub: 399