Bakının mərkəzi prospektində motosiklet qəza törədib


09:13     01 İyun 2019 19_06_01_1559365872.jpg

Bakının Səbail rayonunda motosiklet qəza törədib, qız və oğlan ağır xəsarət alıb.



Hadisə rayonun Neftçilər prospektində baş verib.

Yüksək sürətlə hərəkət edən motosikletin sürücü idarəetməni itirib. Nəticədə motosiklet elektrik dirəyinə çırpılaraq aşıb. Motosikleti idarə edən oğlan və sərnişin qız ağır xəsarət alıb.

Hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.(ona.az)

Açar sözlər:

Oxunub: 324