Bakıda tələbə qız özünü binadan atdı


09:21     01 İyun 2019 19_06_01_1559366571.jpg

Bakının Nərimanov rayonu, Mirəli Qaşqay küçəsində bədbəxt hadisə baş verib.


21 yaşlı Musayeva Əfsanə Rəşid qızı 3-cü mərtəbədən yıxılaraq ağır kəllə-beyin travması alıb. Onun təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə aparıldığı bildirilir.

Əldə etdiyimiz məlumata görə, Əfsanə Musayeva Şəmkir rayon sakinidir və Bakıda bacısı ilə birgə yaşayır. O, Bakı Dövlət Universitetinin III kurs tələbəsidir.

Hadisə zamanı Əfsanənin bacısı və rəfiqəsi evdə olub. Onların dediklərinə görə, qonşu otaqda dərs hazırlayarkən qışqırıq səsi gəlib və qızın yıxıldığını görüblər.

İlkin araşdırmalar zamanı Əfsanə Musayevanın özünü 3-cü mərtəbədən atdığı məlum olub. oxu.az

Açar sözlər:

Oxunub: 886