ABŞ-da atışma zamanı 12 nəfər öldürülüb -VİDEO


09:51     01 İyun 2019 2019/06/5be241f0-063c-4e8b-8744-6cd7a4bf6efe_1559368309.jpg

ABŞ-ın kurort şəhəri Virciniya-Biç şəhərində baş vermiş atışma zamanı ölənlərin sayı 12 nəfərə çatıb.


Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin polis rəisi Cim Server bildirib.

"Biz əvvəlcə 11 nəfərin öldüyünü xəbər verdik. Daha 1 nəfər xəstəxanaya aparılarkən yolda öldü", - deyə Server bildirib. O, qeyd edib ki, yaralılardan 4-ü hazırda xəstəxananın cərrahi əməliyyat stolundadır.

Polisin son məlumatına görə, bələdiyyə binasında atəşi yerli özünü idarəetmə orqanının yüksək təcrübəli işçisi açıb. Hadisəni törədən öldürülüb.


Açar sözlər:

Oxunub: 427