Dəmiryolçular xeyriyyə tədbiri keçiriblər


11:22     01 İyun 2019 2019/06/150dc-1559372478_1559373796.jpg

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Şağan qəsəbəsindəki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağan qəsəbəsindəki 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsində xeyriyyə tədbiri keçiriblər.


Femida.az xəbər verir ki, tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova, 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsənin direktoru Sevinc Məlikova çıxış edərək uşaqları bayram münasibətilə təbrik ediblər.

Bildirilib ki, bu gün gələcəyimiz olan uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Son illərdə ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə uşaq evlərinin, internat məktəblərinin, o cümlədən Şağan qəsəbəsindəki 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsinin maddi-texniki bazası, texniki təchizatı daha da gücləndirilib.

Daha sonra müəssisənin həyətində əqli və fiziki qüsurlu uşaqlara sənətçilər, aktyorlar və gözbağlayıcılar maraqlı səhnəciklər, eləcə də musiqi proqramı təqdim ediblər, uşaqlara əsl bayram əhval-ruhiyyəsi yaşadıblar.

Tədbirin təşkilində Leyla Şıxlinskaya qospitalının kollektivi yaxından iştirak edib.

Sonda dəmiryolçular tərəfindən uşaqlara müxtəlif hədiyyələr təqdim olunub və xeyriyyə tədbiri bayram süfrəsi arxasında davam etdirilib.


Femida.az

Açar sözlər:

Oxunub: 453