Azərbaycanda qadın uşağını baxıcıya verdi, aradan çıxdı - Polis onu axtarır
15:20 01 İyun 2019
Azərbaycanda ana azyaşlı uşağını atıb.
Bu barədə Femida.az -a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, uşağın anası bu ilin aprelin 4-də rəfiqəsinin vasitəsilə bir qadın tapıb və azyaşlıya baxması üçün ona vəsait ödəyib:
“Uşağın təxminən 3 yaşı var və heç bir sənədi olmadan, müqavilə bağlanmadan baxılması üçün bir qadına verilib. Həmin qadın da pulu ödənilmədiyi üçün hüquq-mühafizə orqanlarına müraciət edib”.
Kəmalə Ağazadə qeyd edib ki, azyaşlı hüquq-mühafizə orqanları tərəfindən birliyin sığınacağına təhvil verilib:
“Uşaqla söhbət zamanı anasının adının Aysel və Gəncə şəhərindən olduğunu ehtimal etdik. Məsələni ictimailəşdirməyimizin səbəbi uşağın anasını tapıb, məhkəmə yolu ilə onun analıqdan məhrum edilməsidir. Uşağa qarşı belə etmək və taleyi ilə oynamaq olmaz. Bəlkə uşaq o qadının deyil? Bəlkə oğurlanıb? Bunlar araşdırılmalıdır”.
Oxunub: 413
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib