Bakıda polis bölməsində vəkilə zorakılıq olub


12:31     01 İyun 2019 19_06_01_1559377926.jpg

Bakıda polis bölməsində vəkilə qarşı zorakılıq olub.


Femida.az -ın verdiyi xəbərə görə, müvəkkilinin hüquqlarının müdafiəsi üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gedən Vəkillər Kollegiyasının gənc üzvü Orxan Kəngərliyə qarşı fiziki zor tətbiq edilib.

Bu barədə onun həmkarları da fikir bildirərək hadisəni pisləyib və həmin polis əməkdaşlarının qanun qarşısında cəzalandırılmasını tələb ediblər.

VK Rəyasət Heyətinin sədri Anar Bağırov da məsələyə münasibət bildirib: “İstənilən vəkilə qarşı təcavüzü şəxsən özümə qarşı təcavüz kimi qiymətləndirirəm! Məsələ tam araşdırılmalı və təqsirkar şəxslər qanunda nəzərdə tutulan ən ciddi cəzaya məruz qalmalıdırlar. Bunun üçün bütün zəruri tədbirlər tərəfimizdən görülür və görüləcək!” (qafqazinfo)

Açar sözlər:

Oxunub: 6472