Bu gündən “MyGov” fəaliyyətə başladı


13:20     01 İyun 2019 2019/06/ANAO--1559378881_1559380620.jpg

Bu gündən etibarən yeni hökumət portalı olan my.gov.az Elektron Hökumət Portalı fəaliyyətə başlayıb.

Femida.az xəbər verir ki, hazırda portalda 11 dövlət qurumu 23 xidmət təklif edir.

Vətəndaşlar Azərbaycan Republikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3, Daxili İşlər Nazirliyinin 5, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) 1, Ədliyyə Nazirliyinin 5, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 2, Dövlət İmtahan Mərkəziin 1, Təhsil Nazirliyinin 1, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1, İqtisadiyyat Nazirliyinin 1, Dövlət Miqrasiya Xidmətinin 1 xidmətindən yararlana bilərlər.

“Mygov” portalının istifadəyə verilməsi vətəndaşla məmur arasında birbaşa əlaqənin aradan qalxmasına imkan verəcək, şəffaflıq prinsipinə riayət olunmasını təşviq edəcək, onlayn xidmətlərin siyahısını genişləndirəcək, hər bir konkret xidmətə görə vətəndaşın sərf etdiyi vaxtı və maliyyəni minimuma endirəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 402