Bazar günü 36 dərəcə isti olacaq - Sabahın havası


13:41     01 İyun 2019 istiiiiiiiii.jpg

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli keçəcək. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-22° isti, gündüz 28-33° isti, Bakıda gecə 20-22° isti, gündüz 30-32° isti təşkil edəcək.

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti təşkil edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 397