Tramp Zelenskini ABŞ-a səfərə dəvət etdi


14:47     01 İyun 2019 2019/06/972134_1559382510.jpg

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ lideri Donald Tramp tərəfindən Vaşinqtona rəsmi səfərə dəvət edilib.


Ukraynanın “Zerkalo nedeli” nəşrinə istinadla xəbər verilir ki, Vladimir Zelenski dəvəti mayın 31-də alıb. Səfər isə Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüşdən sonra baş tuta bilər.

“Görüş zamanı Donbasda münaqişənin nizamlanması, həmçinin real biznes-layihələr barədə müzakirələr aparılacaq”, - nəşr öz mənbələrinə istinadla belə yazır.

Bir qədər əvvəl Donald Trampın Rusiyalı həmkarı ilə “Böyük iyirmilik” ölkələrinin iyun ayında Yaponiyada keçiriləcək sammitində görüşmək niyyətində olduğu barədə məlumat yayılıb.

ABŞ-ın Ukrayna məsələləri üzrə nümayəndəsi Kurt Volker Vladimir Zelinski ilə danışıqların Ağ evin gündəliyində olduğunu, lakin onun hansı formatda keçiriləcəyinin məlum olmadığını bildirib. (Azərtac)

Femida.az

Açar sözlər:

Oxunub: 460