Mehriban Əliyeva Natali Qule ilə görüşüb


21:05     18 May 2015 mehriban_aliyeva_1_-6gfg.jpg

Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Fransa Senatının üzvü Natali Qule ilə görüşüb.


M. Əliyeva senator N. Quleni Bakıda yenidən görməkdən məmnunluğunu bildirib.

M. Əliyeva N. Qule ilə müxtəlif tədbirlərdə birgə iştirakını xatırlayıb, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğulayıb. Azərbaycanın birinci xanımı N. Qulenin Fransa parlamentinin üzvü kimi ölkəmizlə əməkdaşlığa xüsusi önəm verməsini yüksək dəyərləndirib.

Yenidən ölkəmizə səfərindən məmnun olduğunu söyləyən Fransa parlamentinin deputatı hər gəlişi zamanı paytaxtımızda gördüyü dəyişikliklərin və yeniliklərin onu heyran etdiyini bildirib. Tədbirə dəvətə görə təşəkkürünü bildirən N. Qule artıq ənənə halı almış Bakı Forumunun mədəniyyətlərarası dialoqun genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Açar sözlər:

Oxunub: 796