Şamaxıda qəza - İki qardaş öldü


17:34     01 İyun 2019 2019/06/143fe366-7a17-42b8-b319-d3b74f2c4639_1559396190.jpg

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon mərkəzində qeydə alınıb.

"Niva" markalı minik avtomobili ilə "SHACMAN" markalı yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Ölənlərdən biri yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, vəziyyəti ağır olduğuna görə onun həyatını xilas etmək mümkün olmayıb. Ölənlər qardaşdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb. / Report

Femida.az

Açar sözlər: #qəza  

Oxunub: 1029