4 otaqlı ev yandı


20:24     01 İyun 2019 yangin_38673636.jpg

Salyan rayonunun Arbatan kəndində yanğın baş verib.

Femida.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 45 m² sahədə və mətbəxinin yanar konstruksiyaları 7 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 338