Ali təhsili olmayan deputat kimdir? AÇIQLAMA


19:05     02 Noyabr 2015 2577.jpg

Bu il keçirilən seçkidə 21 nəfər qadın namizəd seçilib. 2010-cu ildə isə qadın namizədlərin sayı 20 nəfər idi.

AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, lider olan namizədlərdən 69-u Yeni Azərbaycan Partiyasının, 2-si Vətəndaş Həmrəyliyi Partiyasının nümayəndəsidir.

Ümumilikdə digər 8 partiyadan da 1 nəfər olmaqla, 10 partiyanın nümayəndələri lider namizədlər arasındadır.

MSK sədri qeyd edib ki, liderlik edənlərdən 27 nəfər yeni şəxslərdir və bu, parlamentin 22 faiz yenilənməsi deməkdir. Öndə gedən namizədlərdən 124-ü ali təhsilli, 1-i orta ixtisas təhsilli namizədlərdir.


Araşdırma zamanı məlum olub ki, Milli Məclisin ali təhsili olmayan deputatı Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovadır.

Qeyd edək ki, Xalq artisti 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbi, 1961-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib.

Açar sözlər:

Oxunub: 2771